Ağstafada qəza - Yaralılar var
    • 5-05-2024, 20:48
    • 124

Ağstafada qəza - Yaralılar var


Ağstafada qəza olub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Poylu kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan "NİVA " ilə "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq  xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.