Şəmkirdə qəza - xəsarət alanlar var
    • 5-05-2022, 20:32
    • 400

Şəmkirdə qəza - xəsarət alanlar var

Şəmkirdə yol -nəqliyyat hadisə baş verib.

Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan  "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxadaq yol kənarındakı betona çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /Unikal.org/