Ağstafada iki avtomobil toqquşdu, xəsarət alanlar var
    • 13-01-2023, 18:46
    • 157

Ağstafada iki avtomobil toqquşdu, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Poylu kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Niva " ilə "Opel" markalı minik avtomobilləri toqquşub.Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.