Azərbaycanda davanın sonu QANLA BİTDİ
    • 6-05-2024, 14:02
    • 534

Azərbaycanda davanın sonu QANLA BİTDİ

Mingəçevir şəhər sakinləri arasında dava düşüb. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə mayın 4-də baş verib. Şəhər sakini 38 yaşlı Elgiz Mustafayev aralarında baş vermiş sözlü mübahisə zamanı həmyaşıdı, həmin şəhər sakini Zaur İsmayılova kəsici-deşici alətlə bədən xəsarəti yetirib. 

Elgiz Mustafayev şübhəli şəxs qismində saxlanılıb.