Restoranda dəhşətli cinayət
    • 6-05-2024, 16:11
    • 160

Restoranda dəhşətli cinayət

İstanbulda yerləşən şorbaxanada qadın qətli baş verib.

News24.az xəbər verir ki, Gülya Akça (54) 4 gün əvvəl Qaziosmanpaşada Hüseyn Çizmeci ilə birlikdə işlədikləri şorbaxanadan ayrılaraq ortaqlığını bitirib. Akça Bayrampaşada başqa bir şorba restoranında işə başlayıb.

Dünən axşam saatlarında Hüseyn Çizmeci Gülya Akçanın işlədiyi restorana gedib. İkisi mübahisə etməyə başlayıb. Hüseyn Çizmeci yanında olan silahla Akçaya 4 dəfə atəş açıb. Bu sırada polis qruplarının gəldiyini görən Çizmeci silahı öz başına doğrultaraq atəş açıb.

Qeyd edək ki, ağır yaralanan 2 nəfəri təcili yardımla xəstəxanaya çatdırıblar. Ağır yaralanan Hüseyn Çizmecinin xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib.

Gülya Akçanın cəsədi yaxınları tərəfindən morqdan aparılıb.

Günel Məlikzadə