Borc davası: Şərikini güllələdi
    • 17-04-2024, 19:30
    • 265

Borc davası: Şərikini güllələdi

Konyada qalereyaçı şərikini tüfənglə ayağından vurub.

News24.az xəbər verir ki, hadisə saat 13.30 radələrində baş verib.

Sadettin H. ilə ortağı Hüseyn K. arasında borc məsələsinə görə başlayan mübahisə davaya çevrilib.

Dava zamanı Sadettin H. tüfənglə ortağı Hüseyn K-ni ayağından vurub.

Yaralı Hüseyn K. xəstəxanaya aparılıb.

Sadettin H. isə gələn polislər tərəfindən nəzarətə alınıb.

Günel Məlikzadə