-
- 6-05-2024, 22:50
- 176
İtaliyada avtobus və metrolar işləmədi
İtaliya mətbuatında yer alan xəbərə görə, müxtəlif həmkarlar ittifaqının çağırışı ilə nəqliyyat sektorunda çalışanlar maaşların artırılması, iş vaxtının həftədə 39 saatdan 35 saata endirilməsi, iş yerində təhlükəsizlik şəraitinin yaxşılaşdırılması tələbləri ilə tətilə başlayıblar.
News24.az xəbər verir ki, 24 saatlıq tətil qərarına uyğun olaraq Milan, Turin, Florensiya və Bolonya kimi şəhərlərlə yanaşı, paytaxt Romada da ictimai nəqliyyat sektorunda fasilələr yaranıb.
Romada şəhər bələdiyyə avtobusları qismən fəaliyyət göstərdiyi halda, metroda "A" xətti tamamilə xidmətə bağlanıb.
Tətil xüsusilə paytaxt Romada metro və avtobus xidmətləri kimi şəhər ictimai nəqliyyatına mənfi təsir göstərib.
Avtobus və metroların hərəkəti dayandığından xeyli insan çarəsiz dayanacaqlarda gözləyib.
Günel Məlikzadə