Almaniyada son 30 ilin ən böyük tətili elan olundu
    • 27-03-2023, 11:07
    • 144

Almaniyada son 30 ilin ən böyük tətili elan olundu

Almaniyada maaşların artırılmasını tələb edən dəmir yol nəqliyyat işçiləri küçələrə axışıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, etiraz aksiyası səbəbindən ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın bir sutka davam edəcəyi gözlənilir. 

Qeyd edək ki, tətil “EVG” dəmiryolu nəqliyyatının həmkarlar ittifaqının və “Verdi” həmkarlar ittifaqının təşəbbüsü əsasında keçirilir. 

Sözügedən aksiyanın Almaniyada son 30 ildə ən böyük tətil olduğu bildirilir.

Qumral Əliyeva