Tarixi razılaşma İSRAİL VƏ FƏLƏSTİN ARASINDA BARIŞIQ
    • 6-05-2019, 10:53
    • 1 741

Tarixi razılaşma İSRAİL VƏ FƏLƏSTİN ARASINDA BARIŞIQ

İsrail və Fələstin arasında barışıq razılaşması əldə olunub. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin vasitəçiliyi ilə hər iki dövlət Qəzza bölgəsindəki atışmanı dayandırıb. Atəşkəs rejimi bu gün saat 04:30-dan qüvvəyə minib. 

Qeyd edək ki, Fələstin radikalları Qəzza bölgəsindən 4 may tarixindən atəşkəs rejimi əldə olunanadək İsrailə 600-dən çox raket atıb. Nəticədə 4 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Raket hücumlarına cavab olaraq İsrail hərbçiləri Qəzza bölgəsində 300 hərbi hədəfi vurub.