-
- 14-11-2019, 11:27
- 1 011
İsrail və İslami Cihad barışıq barədə razılığa gəldilər
İsrail hərbçiləri və Fələstin İslami Cihad qruplaşmasının nümayəndələri atəşkəs barədə razılığa gəliblər.
News24.az "Kanal9"a istinadən xəbər verir ki, buna görə tərəflər 14 Noyabr Cümə axşamı saat 05:30-dan atəşə son veriblər. İddia olunur ki, razılaşma İsrailin Qəzza zolağındakı hədəflərin vurulmasına xitam verməsi, qondarma "geri qayıdış yürüşləri" zamanı atəşdən imtina etməsi, Qəzza zolağı ilə sərhəd və ticarət rejimlərindəki asanlaşdırmanı əhatə edir.
Öz növbəsində İslami Cihad İsraili Qəzza zolağının ərazisindən atəşə tutmayacaq.
İsrail mediası atəşkəs danışıqlarına başlamaq qərarının Qəzza zolağındakı şəhərdə cümə axşamı 6 nəfərin ölümündən sonra verildiyini bildirib.