5,1 bal gücündə ZƏLZƏLƏ OLDU
    • 6-05-2024, 19:02
    • 269

5,1 bal gücündə ZƏLZƏLƏ OLDU

Rusiyada Çukçi dənizinin sahilində 5,1 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 21 kilometr dərinlikdə baş verib.

Qeyd olunur ki, zəlzələ bazar ertəsi günorta saatlarında baş verib. Zəlzələnin episentri Çukçi dənizinin sahilində, Eqvekinot şəhər rayonunda yerləşir. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Mehriban Mirzəzadə