6,7 bal gücündə zəlzələ oldu
    • 27-03-2024, 09:00
    • 3 493

6,7 bal gücündə zəlzələ oldu

Sakit okeanda Ficinin paytaxtı Suvadan 588 km cənub-qərbdə 6,1 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,4 bal olduğunu bildirib. 

Zəlzələ ocağı yerin 18 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Mehriban Mirzəzadə