17 yaşlı tələbə təmir etdiyi avtomobilin altında qalaraq ÖLDÜ
    • 7-05-2024, 16:41
    • 115

17 yaşlı tələbə təmir etdiyi avtomobilin altında qalaraq ÖLDÜ

Rusiyada 17 yaşlı oğlan təmir etdiyi avtomobilin altında əzilərkən ölüb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, avtomobil domkratla qaldırılıb, lakin struktur buna dözə bilməyib və avtomobil tələbənin üstünə düşüb.

Dostları yeniyetməyə kömək edə bilməyib və yanğınsöndürmə məntəqəsinə qaçıblar.

Təcili yardım gələnə qədər gənc dünyasını dəyişib.