-
- 28-12-2022, 11:25
- 372
Təmir etdiyi avtomobilin altında qaldı
Bakıda maşın ustasının üzərinə təmir etdiyi avtomobil aşıb, usta ölüb.
Xətai rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, dekabrın 27-də Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.