Bədbəxt hadisə:  üç yaşlı uşaq öldü
    • 7-05-2024, 16:46
    • 301

Bədbəxt hadisə: üç yaşlı uşaq öldü

Rusiyanın Novqorod vilayətinin Staraya Russa şəhərində doqquz yaşlı uşağın pəncərədən şüşə parçasını qəsdən atması üç yaşlı körpənin ölümünə səbəb olub.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, hadisə mayın 5-də baş verib.

Şüşə parçası uşağın başına düşüb və o, reanimasiyaya yerləşdirilib. Həkimlər körpəni xilas edə bilməyiblər. Uşaq, mayın 7-də dünyasını dəyişib.

Məlum olub ki, bu, oğlanın insanlara hücumu ilk dəfə deyil. Ev sakinləri bildiriblər ki, oğlan mütəmadi olaraq pəncərədən əşyalar atıb.

Xuliqan psixiatr və polisdə qeydiyyatdadır. O, uşaq stulun ayağını pəncərədən yoldan keçənin üstünə atdığı zaman qeydə alınıb. Qadın qançırlar alıb.

Məlumta görə, indi oğlan zorla psixiatriya mərkəzinə müalicəyə göndərilib.