"Jurnalistlərin binası"ndan 3 yaşlı uşaq 9-cu mərtəbədən YIXILARAQ ÖLDÜ
    • 8-06-2021, 20:00
    • 488

"Jurnalistlərin binası"ndan 3 yaşlı uşaq 9-cu mərtəbədən YIXILARAQ ÖLDÜ

Bakıda 3 yaşlı uşaq 9-cu mərtəbədən yıxılıb.

News24.az xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb. Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 9-cu mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.