İsrail Qahirə yolunda
    • 7-05-2024, 17:42
    • 256

İsrail Qahirə yolunda

Yüksək səviyyəli bir İsrail rəsmisi bildirib ki, orta səviyyəli İsrail rəsmilərindən ibarət bir qrup HƏMAS-ın son atəşkəs təklifində dəyişiklik etməyə razı olub-olmadığını qiymətləndirmək üçün yaxın saatlarda Qahirəyə gedəcək. Rəsmi indiki təklifin İsrail üçün qəbuledilməz olduğunu bir daha vurğulayıb.

News24.az xəbər verir ki, rəsmi Mossad və Şin Bet kəşfiyyat agentliklərinin yüksək səviyyəli rəsmilərinə istinad edərək "Bu nümayəndə heyəti orta səviyyəli nümayəndələrdən ibarətdir. Etibarlı bir razılaşma olsaydı, nümayəndə heyətinə yüksək səviyyəli rəsmilər başçılıq edərdi" deyib.

Qeyd edək ki, Misirin paytaxtına səfər qərarı İsrail tanklarının Misirlə Qəzza arasındakı Rəfah sərhəd qapısının Fələstin tərəfinə nəzarəti ələ keçirməsindən sonra verilib.

İsrail rəsmisi həmçinin bildirib ki, HƏMAS-ın qəbul etdiyi mətn Misirin təqdim etdiyi təklifin sulandırılmış surətidir.

Günel Məlikzadə