-
- 7-05-2024, 11:11
- 279
HƏMAS atəşkəsi qəbul edir: Bəs İsrail?
HƏMAS Misir və Qətərlə müzakirə edilən atəşkəs təklifini qəbul etdiyini açıqlayıb. HƏMAS lideri İsmayıl Haniyə Misir və Qətər liderlərinə zəng edib. O, atəşkəs razılaşması təklifini bəyəndiyini bildirib. Daha sonra HƏMAS-dan yazılı açıqlama gəlib.
News24.az xəbər verir ki, həftə sonu atəşkəs danışıqları çıxılmaz vəziyyətə düşəndə İsrail Rəfahın şərqinə evakuasiya etməyə çağırıb. HƏMAS-ın bəyanatı Qəzzanın cənub ucunda yerləşən şəhərdə quru əməliyyatının gücləndiyi bir vaxtda verilib.
Bəyanat bir milyondan çox mülki şəxsin sığındığı şəhərdə sevinc dalğası yaradıb. İzdiham HƏMAS-ın atəşkəs təklifini havaya atəş açaraq qəbul etməsi xəbərini qeyd edib.
HƏMAS-ın yüksək rütbəli rəsmisi Xəlil Əl Həyya Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına qəbul etdikləri atəşkəs təklifinin təfərrüatlarını açıqlayıb. Hayyanın sözlərinə görə, təklif hər biri 42 gün davam edən üç fazalı atəşkəs rejimini nəzərdə tutur.
Təklifdə İsrailin Qəzzadan tamamilə çıxarılması, müharibə zamanı didərgin düşmüş fələstinlilərin geri qaytarılması, girov və əsirlərin mübadiləsi daxildir. Razılaşma təklifində “daimi atəşkəs” məqsədi də var.
MÜLKİ ƏHALİNİ TƏHLİYƏ ETMƏ ÇAĞIRIŞI
İsrail ordusunun sözçüsü bildirib ki, israilli girovların azad edilməsini təmin edəcək bütün təkliflər dəyərləndirilir.
Bununla belə, o, Qəzzada əməliyyatların davam etdiyini və davam edəcəyini bildirib. O, Rəfahın şərqindəki mülki vətəndaşları təxliyə etməyə çağırışını təkrarlayıb.
Baş nazir Benyamin Netanyahu HƏMAS-ın qəbul etdiyi təklifin İsrailin tələblərinə cavab vermədiyini bildirib.
Buna baxmayaraq, o, danışıqlara nümayəndə heyəti göndərəcəyini bildirib. Netanyahu bəyan edib ki, döyüş kabineti Rəfahda əməliyyatı davam etdirmək qərarına gəlib.
İsrail rəsmisi həmçinin bildirib ki, HƏMAS-ın qəbul etdiyi mətn Misirin təqdim etdiyi təklifin sulandırılmış surətidir.
Təklifin İsrailin qəbul edə bilməyəcəyi ünsürləri ehtiva etdiyini ifadə edərək, "İsraili razılaşmanı rədd edən tərəf kimi göstərmək hiyləsi kimi görünür" deyib.
Danışıqlarda iştirak edən başqa bir rəsmi isə HƏMAS-ın qəbul etdiyi təklifin İsrailin aprelin 27-də təqdim etdiyi təklif olduğunu bildirib.
HƏMAS-ın atəşkəs elanından sonra Rəfahdan intensiv hücumlar xəbərləri gəlməyə başladı. İsrail ordusu Rəfahda Həmas hədəflərinin vurulduğunu açıqlayıb.
Günel Məlikzadə