"Həmas atəşkəsi qəbul edəcək"
    • 4-05-2024, 14:20
    • 196

"Həmas atəşkəsi qəbul edəcək"

Səudiyyə Ərəbistanının Əl-Şərq xəbər kanalı bildirib ki, HƏMAS yaxın saatlarda Misirin atəşkəs və girovların azad edilməsi təklifini qəbul etdiyini açıqlayacaq.

News24.az xəbər verir ki, xəbərdə son saatlarda Misir və Qətər, İsrail və HƏMAS nümayəndə heyətləri arasında razılaşmada sərbəst buraxılacaq məhbuslarla bağlı intensiv danışıqların davam etdiyi bildirilib.

Xəbərə görə, razılaşmanın üçüncü mərhələsində Həmas ABŞ-dan atəşkəs, İsrailin Qəzza zolağından tamamilə çıxması və İsrail qüvvələrinin döyüşləri davam etdirməyəcəyi ilə bağlı söz alıb.

Misir dövlət mediası Al-Qahera News, Həmas nümayəndə heyətinin Qəzzada təklif olunan atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların son raundu üçün Misirə gəldiyini açıqlayıb.

Misirin kəşfiyyat xidmətlərinə bağlı Əl-Qahera News, adı açıqlanmayan yüksək səviyyəli mənbəyə əsaslanaraq bildirib ki, Fələstin silahlı qruplaşması ilə İsrail arasında "danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib". Misir vasitəçilər "əksər məsələlərdə razılaşdırılmış düstur əldə ediblər". 

Günel Məlikzadə