Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
    • 8-05-2024, 07:53
    • 128

Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI


2023-cü ilin payızında Türkiyənin Bodrum şəhərində rus qadını və qızını öldürən şəxs Almaniyada saxlanılıb.

News24.az Publika.az-a istinadla xəbəır verir ki, bu barədə "Şot" Almaniya Federal Polisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, o, sərhəd nəzarətində saxlanılıb.

“Türkiyənin Bodrum şəhərində rus qadınları İrina və Dayana Dvizovları qətlə yetirməkdə şübhəli bilinən Andrey Kusleviç Almaniyada saxlanılıb. O, Praqa-Münhen avtobusunda Yuxarı Pfalzda sərhəd nəzarəti zamanı müəyyən edilib”, - məlumatda deyilir.

Qeyd edilib ki, Kusleviç kirayə qaldığı villada 42 yaşlı qadını və onun 15 yaşlı qızını güllələyib, cəsədləri çarşaflara büküb və uçuruma atıb. Şübhəlinin ekstradisiyasına dair sorğu artıq Almaniya polisinə təqdim edilib.

Məhkəmə məlumat bazasından əldə edilən məlumatlara görə, İrina Dvizova keçmiş ərini valideynlik hüququndan məhrum etməyə çalışıb. Qohumları polisə İrinanın və qızının itkin düşdüyünü bildiriblər. Qohumlar ailənin yaşadığı evə baş çəkərkən qan izləri aşkar ediblər.