"Ümumdünya Futbol Günü”
    • 8-05-2024, 08:59
    • 205

"Ümumdünya Futbol Günü”

BMT Baş Assambleyasında keçirilən sessiyada bəzi digər idman növləri kimi futbolun da dünya sülhü və inkişafına verdiyi töhfəyə görə xüsusi bir günlə qeyd edilməli olduğu vurğulanıb.

News24.az xəbər verir ki, Türkiyə və müşahidəçi üzv statusuna malik Fələstinin də olduğu 160-dan çox ölkənin sponsorluğu ilə Baş Assambleyaya təqdim edilən və 25 Mayın “Dünya Futbol Günü” kimi qeyd olunmasını təklif edən qanun layihəsi yekdilliklə qəbul edilib.

Tarixdə ilk beynəlxalq futbol turniri buna əsaslanırdı

Futbola həsr olunmuş bu günün müəyyən edilməsi 25 may 2024-cü il tarixində, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların təmsil olunduğu tarixdə ilk beynəlxalq futbol turnirinin 100 illiyinə əsaslanıb.

BMT-nin paylaşdığı qərar məktubunda “idmanın davamlı inkişafda mühüm vasitəçi olduğu” təsdiqlənərkən, idmanın “sülhün həyata keçirilməsinə, tolerantlığın və hörmətin təşviqinə və cinsiyyətin gücləndirilməsinə” töhfəsi vurğulanıb.

Məktubda futbolun beynəlxalq idarəedici orqanı FİFA-nın rolundan əlavə, oyunun təşviqində regional, milli futbol federasiyalarının və əlaqədar assosiasiyaların mühüm roluna da toxunulub.

Qərar məktubunda bütün dövlətlər, BMT qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektor milli prioritetlərə uyğun olaraq 25 May Ümumdünya Futbol Gününü qeyd etməyə, futbolun üstünlüklərini hər kəsə yaymağa dəvət olunub.

Günel Məlikzadə