Rusiya futbol bayramından neçə milyard qazandı?
    • 16-07-2018, 14:39
    • 3 111

Rusiya futbol bayramından neçə milyard qazandı?

 FİFA Rusiyanın Futbol üzrə Dünya Çempionatına ev sahibliyini tarixdə görünmüş ən yaxşı təşkilati iş kimi qiymətləndirib.

Eyni zamanda Rusiya bu möhtəşəm tədbirə ev sahibliyi etməklə öz qitisadiyyatına böyük təkan verib.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı ölkəyə 18 milyard dollar qazandırıb.

Qeyd edək ki, FİFA 2022 Dünya Çempionatının keçiriləcəyi tarixi açıqlayıb.

22-ci mundial 21 noyabr – 18 dekabr tarixləri arasında baş tutacaq.

2022 Dünya Çempionatının ev sahibi Qətərdir. Yay aylarının bu ölkədə qızmar keçməsini nəzərə alaraq oyunlar payıza salınıb.

İlhamə