Məşhur müğənni saxlanıldı - FOTO
    • 8-05-2024, 14:41
    • 493

Məşhur müğənni saxlanıldı - FOTO

Müğənni Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb.

News24.az xəbər verir ki, İstanbulun Cihangir bölgəsində səhər saatlarında təşkil edilən narkotik əməliyyatı çərçivəsində Kalben də saxlanılıb. Əməliyyatdan sonra müğənni Kalben İstanbul İl Polis İdarəsinə gətirilib.

Evdə aparılan axtarışlar zamanı 3 ədəd halında ümumi çəkisi 15 qram olan “skunk” tipli narkotik vasitə ilə birlikdə 2 min avro, 730 dollar və 1500 TL götürülüb.

Türkiyə Cəza Məcəlləsinin 188-ci maddəsi ilə saxlanılan müğənni dindirilmək üçün İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə gətirilib. Polis tərəfindən "şübhəli" olaraq saxlanılan Sağdıç barəsində başlanan istintaq davam edir.

Günel Məlikzadə