Çips paketindən narkotik çıxdı
    • 12-04-2024, 17:49
    • 347

Çips paketindən narkotik çıxdı

İstanbul Polis İdarəsinə bağlı polis qrupları şəhərin hər yerində yoxlamalar aparıb. Aparılan yoxlamalar zamanı S.E.  şübhəli bilinərək saxlanılıb.

News24.az xəbər verir ki, S.E-dən 5 ədəd ekstazi və 1,58 qram narkotik vasitə götürülüb. Narkotik vasitələri T.M.H-də adlı azyaşlı şəxsdən aldığı müəyyən edilib. İstintaq zamanı şübhəli Kadıköydə tutulub.

Yetkinlik yaşına çatmayan şübhəlinin axtarışı zamanı 10 ədəd ekstazi, 4,61 qram narkotik və 750 lirə nağd pul ələ keçirilib.

Şübhəlinin Çekmeköy Çatalmeşe səmtindəki evində aparılan axtarışlar zamanı divara və çips paketinə gizlədilmiş 111 qram marixuana, 76 ədəd ekstazi də aşkar edilib.

Ədliyyəyə sövq edilən iki nəfər həbs edilib.

Günel Məlikzadə