Alman siyasətçilərinə dəfələrlə hücum edildi
    • 8-05-2024, 15:36
    • 184

Alman siyasətçilərinə dəfələrlə hücum edildi

Almaniyada siyasətçilərə hücumlarla bağlı narahatlıqlar artır.

News24.az Reuters-ə istinadən xəbər verir ki, polis bu gün verdiyi açıqlamada Berlin senatoru və keçmiş meri Franziska Giffinin kitabxanada bir nəfərin onu arxadan ağır əşya ilə vurması nəticəsində yaralandığını bildirib.

Polisin verdiyi açıqlamada, yerli iqtisadiyyatdan məsul nazir və Sosial Demokrat Partiyasının (SPD) üzvü Giffinin başından, boynundan bərk əşya olan çanta ilə vurulduğu bildirilib.

Giffey qısa müddətə xəstəxanaya yerləşdirilib.

Digər tərəfdən, Avropa Parlamentinin Sosial Demokrat Partiyasından olan deputatı Matthias Eckenin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsinə səbəb olan növbəti hücumla bağlı 4 alman gənc haqqında istintaq başladılıb.

Ecke ötən cümə axşamı şərqdəki Drezden şəhərində SPD-nin plakatlarını asarkən yerə yıxılıb və döyülüb.

BBC xəbər verir ki, bundan bir neçə dəqiqə əvvəl şəhərdə Yaşıllar kampaniyasının işçisi döyülüb.

Drezdendə Yaşıllar Partiyasının üzvü olan qadın siyasətçi ötən gecə poster asarkən iki nəfərin hücumuna məruz qalıb.

Bundan əlavə, İvonn Mosler bir televiziya qrupu ilə çəkiliş zamanı itələdi və tüpürdü.

Drezden polisi bildirib ki, iki şübhəli, kişi və qadın, Mosler seçki plakatları asmağa başlayanda Hitler salamı verən qrupun bir hissəsi olub.

Günel Məlikzadə