Almanlar küçələrə çıxdı! Böyük etiraz başladı
    • 9-01-2024, 13:04
    • 280

Almanlar küçələrə çıxdı! Böyük etiraz başladı

Almaniyada fermerlər Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiya hökumətinin kənd təsərrüfatı sektorunda subsidiyaları ləğv etmək planına qarşı ölkə daxilində nümayişlər keçirib.

News24.az xəbər verir ki, traktorları ilə paytaxt Berlinə gələn fermerlər və yük maşını sürücüləri Brandenburq darvazasının qarşısına toplaşıb. Bundan başqa Meklenburq-Ön Pommern, Bavariya, Reynland-Plaz, Saksoniya və digər əyalətlər də daxil olmaqla bir çox əyalətdə traktor və yük maşınları ilə magistral yolun girişlərini bağladılar.

Alman logistika sənayesinin dəstəklədiyi fermerlərin etiraz aksiyasında yük maşını və digər ağır nəqliyyat vasitələri sürücüləri maşınları ilə iştirak edib.

Nümayişlər zamanı logistika sektoru hökumətdən magistral yol haqlarını azaltmağı, körpü və yolları modernləşdirməyi xahiş edib.

Nəzrin