ABŞ-da silahlı şəxs kilsəyə hücum edib
    • 16-05-2022, 12:03
    • 404

ABŞ-da silahlı şəxs kilsəyə hücum edib

ABŞ-ın Kaliforniya ştatındakı Laquna-Vuds şəhərində silahlı şəxs kilsəyə hücum edib.

Hücumla bağlı verdiyi açıqlamada Orange County Şerif müavini Jeff Hallock bir nəfərin hadisə yerində öldüyünü, 4-nün vəziyyətinin ağır olan 5 nəfərin yaralandığını bildirib. Hallok yaralıların hamısının asiyalı olduğunu və müalicə olunmaq üçün xəstəxanaya aparıldığını bildirib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, hücumun keçmiş keşişin şərəfinə verilən ziyafət zamanı baş verdiyi və içəridə 30-40 nəfərin olduğu bildirilib.

Polisdən verilən açıqlamada, 60 yaşlarında olan Asiyalı şübhəlinin əlləri və ayaqları bağlı olan bir qrupun hücumundan sonra hadisə yerində saxlanıldığı bildirilib. Hücumun səbəbi hələ məlum olmasa da, hadisə ilə bağlı istintaqın davam etdiyi öyrənilib.