Malayziyada futbolçunu “yandırıblar” – FOTO
    • 8-05-2024, 16:53
    • 199

Malayziyada futbolçunu “yandırıblar” – FOTO

Malayziyada azarkeşlər millinin və "Selanqor" klubunun futbolçusu Faysal Halimə hücum ediblər.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, Kuala-Lumpurda alış-veriş edən futbolçunun üzərinə yandırıcı maddə də atılıb.

Halimin boynu, kürəyi, qolu və sinəsində 2-ci dərəcəli yanıqlar yaranıb. Hadisə ilə bağlı 1 nəfər həbs olunub.

Qeyd edək ki, bu, Malayziyada yaşanan ilk belə hadisə deyil. Bundan əvvəl ölkənin əsas komandası və "Terenqanu" klubunun futbolçusu Akyar Raşid də eyni halla üzləşib.