Əfsanəvi futbolçu oğurluq etdi
    • 17-11-2018, 11:15
    • 795

Əfsanəvi futbolçu oğurluq etdi

“Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Erik Kantona oğurluq edib. 

Hadisə Malayziyada baş verib. 
İnsanlarla istənilən vaxt və yerdə zarafatlaşmağı xoşlayan Kantona bu dəfə hədəf kimi Kuala-Lumpur hava limanının ziyarətçisini seçib. Həmin şəxs reysini gözləyərkən yatmaq qərarına gəlib və bu üzdən ayaqqabılarını çıxarıb. Yaranmış vəziyyətdən sui-istifadə edən Kantona onun ayaqqabısını oğurlayıb və bu əməlinin videosunu internetə yerləşdirib. 
Kantonanın ayaqqabını sahibinə qaytarıb-qaytarmadığı məlum deyil.

//Oxu.az