-
- 8-05-2024, 16:54
- 246
İngiltərənin Rusiya addımı
Böyük Britaniya gələcək nəsil atom elektrik stansiyalarını yanacaqla təmin etmək üçün Avropanın ilk yüksək karatlı aşağı zənginləşdirilmiş uran (HALEU) istehsalı müəssisəsinə 196 milyon funt sterlinq investisiya qoyacaq.
Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyindən verilən açıqlamaya görə, Böyük Britaniya hazırda Rusiyanın hökmran olduğu HALEU bazarında daxildə və xaricdə nüvə stansiyalarına yanacaq tədarük etməyi hədəfləyir.
AVROPADA İLK
Bu sahədə Avropada ilk olan və ölkənin şimal-qərbində Çeşirdə yaradılacaq obyektdə 400 yüksək ixtisaslı iş yerinin yaradılması nəzərdə tutulur.
SUNAK: RUSİYANIN ENERJİ BAZARINDAN ÇIXARILMASI ÜÇÜN SON ADDIM
Açıqlamada ifadələri yer alan İngiltərə Baş naziri Rishi Sunak, uranın zənginləşdirilməsi obyektinin yaradılmasının Rusiyanı Avropa enerji bazarından çıxarmaq üçün vacib olduğunu ifadə edərək, “Rusiya uzun müddətdir ki, bu güclü nüvə yanacağının yeganə təchizatçısıdır. Onu enerji bazarından tamamilə çıxarmaq üçün atılacaq son addımdır" qiymətləndirməsini edib.
Günel Məlikzadə