ABŞ İsrailə bomba daşınmasını dayandırdı
    • 8-05-2024, 22:50
    • 208

ABŞ İsrailə bomba daşınmasını dayandırdı

HƏMAS-ın atəşkəs təklifini cavabsız qoyan İsrail Rəfaha qarşı əməliyyatı davam etdirmək qərarına gələrkən, ABŞ-da İsrailə dəstək daha da şübhə altına düşüb.

News24.az xəbər verir ki, Bloomberg-ə danışan yüksək rütbəli hökumət rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Qəzzanın cənubundakı Rəfah şəhərinə genişmiqyaslı hərbi hücuma başlamaq qərarına yaxınlaşmaqdan narahat olduğu üçün İsrailə bomba daşınmasını dayandırıb.

ABŞ prezidenti Co Baydenin Rəfəh əməliyyatına qarşı çıxdığı bildirilərkən, rəsmi əlavə edib ki, ABŞ rəhbərliyi 1 milyondan çox köçkün fələstinlinin sığındığı Rafah kimi sıx şəhər mühitlərinə vura biləcəyi zərərdən narahatdır.

Rəsminin sözlərinə görə, ABŞ göndərişlə bağlı hansı prosesin izlənəcəyi ilə bağlı yekun qərar verməyib.

Ötən ay İsrailin hücumunda yardım işçilərinin öldürülməsindən sonra Bayden İsrailin baş naziri Benyamin Netanyahuya ölkəsinin müharibəyə davamlı dəstəyinin mülki insanları qorumaq üçün yeni addımlar atmasından asılı olduğunu deyib. Bununla belə, Bayden aprel ayında İsrailə yeni yardımların daxil olduğu xarici yardım paketini imzaladı. Rəsmi məlumat verib ki, dayandırılan bomba daşınması bu vəsaitlə bağlı deyil.

Günel Məlikzadə