İsrail Rəfah əməliyyatına hazırlaşır
    • 18-04-2024, 20:15
    • 111

İsrail Rəfah əməliyyatına hazırlaşır

Uzun müddətdir beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu Rəfaha qurudan hücum etmək israrından əl çəkmir.

News24.az xəbər verir ki, İsrailin “Maariv” qəzeti də əsgərlərin hazır vəziyyətə gətirildiyini, “əməliyyatın əsas prinsipinin” İsrail Müdafiə Qüvvələrinin baş qərargahı və müdafiə naziri Yoav Gallant tərəfindən təsdiqləndiyini iddia edib.

İsrailin Qəzza zolağı ətrafına əlavə artilleriya və zirehli transportyorlar yerləşdirdiyi bildirilir.

Bu, ordunun ən azı 1,4 milyon köçkün fələstinlinin son dayanacağı olan Rəfaha qarşı quru əməliyyatına hazırlaşdığını göstərir.

İsrail ordusu Rəfəhdə sığınan yüz minlərlə köçkün dinc sakinin təxliyyəsi üçün hazırlıq məqsədilə 40 min çadır aldığını təsdiqləyib.

İsrail mətbuatı yeni əməliyyatın ilk növbədə Qəzzanın şimalında və ortasındakı qaçqın düşərgələrinin təhlükəsizliyinin təmin edilməsinə yönələcəyini iddia edib.

Günel Məlikzadə