ABŞ: "İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır”
    • 11-04-2024, 09:06
    • 237

ABŞ: "İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır”

Amerikanın Bloomberg telekanalı kəşfiyyat məlumatlarına əsaslanaraq İran və ya İranın dəstəklədiyi qrupların İsrailə geniş miqyaslı raket hücumu həyata keçirə biləcəyini bildirib.

News24.az xəbər verir ki, hücumun "hər an" ola biləcəyi bildirilərkən, İsraildəki hərbi nöqtələrin hədəf alınacağı iddia edilib.

İranın hücumunda yüksək dəqiqliyə malik raketlərdən və ya pilotsuz uçuş aparatlarından istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar olsa da, hücumun nə vaxt baş verəcəyinin vacib olduğu bildirilib.

ABŞ prezidenti Co Bayden də ölkəsinin İrana qarşı İsraili qoruyacağını bildirib.

“İran və onun tərəfdarlarından gələn bu təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır”, - Bayden deyib. 

Günel Məlikzadə