Hesabı saxta dollarla ödədi..
    • 8-05-2024, 23:00
    • 278

Hesabı saxta dollarla ödədi..

Türkiyədə Salehli İlçe Jandarma Komandirliyi qrupları bir şəxsin 3 fərqli əyləncə məkanına gedərək pul ödəyərkən saxta dollar verdiyini müəyyən edib.

News24.az xəbər verir ki, polis şübhəlinin tutulması üçün iş başladıb.

Şübhəlinin yaşadığı ünvanda əməliyyat keçirən qruplar O.M.K-nı saxlayıb.

Həmin ünvanda aparılan axtarış zamanı 100 ABŞ dolları dəyərində 4 ədəd saxta əskinas götürülüb. Şübhəli şəxs barəsində qanuni tədbirlərə başlanılıb.

Günel Məlikzadə