Naxçıvanda saxta 100 dollar satan şəxs saxlanıldı
    • 1-05-2021, 11:28
    • 1 017

Naxçıvanda saxta 100 dollar satan şəxs saxlanıldı

Naxçıvan Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.