Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
    • 9-05-2024, 19:00
    • 406

Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO

Zəngin mədəniyyəti və təbii gözəllikləri ilə turistlərin sevimli məkanı olan İtaliyanın Neapol şəhərində yerləşən “Gaiola” adası dünyanın ən lənətlənmiş adası kimi tanınır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, indiyə qədər bu adada yaşayan insanların hamısının başına lənətlənmiş hadisələr gəlib. Bəziləri həyatını itirib, bəziləri isə böyük maddi sıxıntıya düşüb.

1920-ci ildə adada tikilən evdə məskunlaşan ilk şəxs Hans Braun olub. Braun bir müddət sonra xalçaya bükülmüş halda ölü tapılıb. Hansın ölümündən az sonra onun həyat yoldaşı da dənizdə boğularaq həyatını itirib.

Hansdan sonra adada məskunlaşan Otto Qrunbek də ürək tutmasından dünyasını dəyişib. Daha sonra adada məskunlaşan varlı bir adam bir müddət sonra böyük maddi sıxıntıya düşüb. Adada məskunlaşan sonuncu şəxs "qatil" olmaqda günahlandırılıb və həbsxanada yatmalı olub.

Bütün bu lənətlənmiş hadisələrə baxmayaraq, “Gaiola” adası təmiz dənizin ortasında mirvari kimi görünür. İnsanlar bu gözəlliyi görmək üçün adanın yerləşdiyi Neapol körfəzinə gəlməkdən çəkinmirlər.