-
- 9-05-2024, 19:11
- 329
“İlhaməyə aşiq olub, anamı elçi göndərdim” - Faiq Ağayev
Xalq artisti Faiq Ağayev teleproqramlardan birində mərhum Xalq artisti İlhamə Quliyeva barəsində xatirəsini paylaşıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni uşaq ikən İlhaməni efirdə görüb ona aşiq olduğunu deyib.
“4 -5 yaşım var idi. Anama dedim ki, İlhaməni sevirəm. Ona elçi get, mənə gəlsin. Anamgil güldülər. Amma o qədər ağladım, tələb elədim ki, dözmədilər.
Yadıma gəlir, anamla xalamı zorla həyətdən çıxardım ki, elçi gedin. Özüm də həyəcan içərisində gözləyirdim. Anamgil məcbur qalıb bir az küçədə dolaşıb geri gəldilər. Dedilər ki, İlhamə xanım deyir, mən Faiqə ərə gedərəm, amma o gərək böyüsün, oxusun, sonra toy edək. Mən də sakitləşdim”.
Faqi Ağayev bildirib ki, bu əhvalatı illər sonra yeni məşhurlaşanda İlhamə xanıma danışıb: "Tədbirlərin birində qarşılaşmışdıq. Gülümsünərək, özünə xas əda ilə "Ağzının dadını bilirsən ha" dedi.