-
- 9-05-2024, 20:28
- 348
Yenə də bu lənətdən qurtula bilmədi
"Bayern" UEFA Çempionlar Liqasının yarımfinalında "Real"a uduzmaqla (1:2) 12 ildən sonra ilk dəfə kuboksuz qalıb.
News24.az xəbər verir ki, bununla Münhen klubunun hücumçusu Harri Keynin də karyerasındakı uğursuz seriya davam edib.
İngilis futbolçu ötən yay "Tottenhem"dən "Bayern"ə keçib. Onun oynadığı 9 ay ərzində “pivəçilər” Almaniya Superkubokunda “Leypsiq”ə uduzub (0:3), "Saarbrüken"ə (1:2) məğlub olduqdan sonra isə kubokdan kənarda qalıb. Bundan sonra 11 ildən sonra ilk dəfə Bundesliqa çempionluğunu itirib.
Bu o deməkdir ki, karyerası boyunca heç vaxt titul qazanmayan Keyn olmayan ənənəsinə sadiq qalıb.