Putin: Biz hər zaman müharibəyə hazırıq - FOTOlar
    • 9-05-2024, 12:37
    • 135

Putin: Biz hər zaman müharibəyə hazırıq - FOTOlar

Rusiya İkinci Dünya Müharibəsində Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsini qeyd edir. Hər il olduğu kimi bu il də qeyd etmələrin mərkəzi paytaxt Moskvadır.

News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qələbə günü münasibəti ilə çıxışında bildirib ki, Rusiya qlobal münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək, lakin heç kimin onu hədələməsinə imkan verməyəcək.

Rusiyanın nüvə qüvvələrinin hər zaman müharibəyə hazır olduğunu deyən Putin Qızıl Meydanda çoxlu sayda rus əsgərinə müraciət edib.

Putin açıqlamasında İkinci Dünya Müharibəsi ilə bağlı faktların təhrif edildiyini iddia edərək, “Strateji qüvvələrimiz hər zaman müharibə ehtimalına hazırdır” deyib.

Rusiyanın çətin bir dövrdən keçdiyini bildirən Putin, “Vətənin gələcəyi bizdən asılıdır” deyib. Putin çıxışında həmçinin bəyan edib ki, Rusiya qlobal münaqişədən qaçmaq üçün əlindən gələni edəcək.

Bir dəqiqəlik sükutdan sonra Putin çıxışını bu sözlərlə bitirib: “Rusiya naminə! Qələbə üçün! Yaşasın!”

Meydanda olan minlərlə rus əsgəri bu sözləri yüksək səslə üç dəfə təkrar edərək, alqışlarla cavab verib.

Rusiya ordusu Qələbə Günü münasibətilə Qızıl Meydanda xüsusi hərbi parad təşkil edir.

Paradda sovet tipli T34 tankları iştirak edir ki, bu, həm də 2 il keçən Ukrayna Müharibəsi və xüsusilə Avropa üçün güc nümayişidir.

Günel Məlikzadə