Bethoven niyə öldü?
    • 9-05-2024, 14:53
    • 412

Bethoven niyə öldü?

ABŞ-ın ən məşhur məktəblərindən biri olan Harvard Universitetinin alimləri alman bəstəkarı Lüdviq van Bethovenin bir əsrlik saç düzümü üzərində apardıqları araşdırmalar nəticəsində qurğuşun zəhərlənməsindən öldüyü barədə uzun müddətdir mövcud olan nəzəriyyəni təkzib ediblər. Araşdırma zamanı saç tellərindəki arsen və civə, qurğuşun miqdarı da ölçülüb.

News24.az xəbər verir ki, daha əvvəl Bethovenin özünü təmsil etdiyi təsdiqlənmiş iki qıvrım saç üzərində aparılan yeni bir araşdırma bəstəkarın həqiqətən də qurğuşun zəhərlənməsinin təsirindən əziyyət çəkdiyini təsdiqləyib. Lakin bu onu öldürə bilməzdi.

Məlum olub ki, saçda qurğuşun miqdarı sağlam insan üçün yuxarı hədddən 64 dəfə çox olub. Arsen və civənin yüksək səviyyədə olduğu da müəyyən edilib.

56 YAŞINDA HƏYATINI İTİRDİ

Tədqiqatçılar 19-cu əsrdə qurğuşundan hazırlanmış qabların istifadə edildiyini və bəzi tibbi şəraitdə qurğuşun əsaslı müalicələrin tətbiq edildiyini vurğulayıblar. Bethovenin saç tellərində aşkar edilən yüksək miqdarlar bununla bağlı ola bilər.

Alman bəstəkarı 56 yaşında hepatit B infeksiyasının səbəb olduğu qaraciyər xəstəliyindən, içki vərdişləri ilə pisləşərək və genetik risk faktorlarına görə vəfat edib.

Günel Məlikzadə