-
- 9-05-2024, 21:30
- 265
Uşaq divanla radiator arasında qalaraq ÖLDÜ
Rusiyanın Krasnodar diyarında dəhşətli faciə baş verib. Yaş yarımlıq oğlan uşağı divanla radiatorun arasında qalıb və ölüb.
News24.az medianews.az-a istinad edərək xəbər verir ki, uşağın meyiti mayın 6-da divan və radiator arasında tapılıb. Oğlanın bədəni yanıq xəsarətləri alıb.
Körpənin necə belə ilişib qala biləcəyi məlum deyil.
Həkimlər azyaşlını xilas edə bilməyiblər. 25 yaşlı ananın uşağı tək böyütdüyü bildirilir. İndi onu iki ilə qədər həbs və ya islah işləri gözləyir.