Yadigar Hüseynov 6 aydır ki... - Ultramarafon davam edir- VİDEO
    • 6-05-2019, 17:14
    • 1 624

Yadigar Hüseynov 6 aydır ki... - Ultramarafon davam edir- VİDEO

İki gündür qaçış edən ultramarafonçu artıq 73 km yol qət edib. 

Mayın 5-dən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı-Tbilisi marşrutu ilə başlayan ultramarafon davam etdirlir. Ultramarafonçu Yadigar Hüseynov hazırda 73 km yol qət edib. 

Bu barədə News24.az-a Yadigar Hüseynovun koordinatoru Raqif Həsənov bildirib: “Bu, Yadigar Həsənovun öz təşəbbüsüdür. Bunu o, öz arzusu ilə həyata keçirir. Hazırda Yadigar Hüseynov marafonun təxmini 65 kilometrini qət edib, 75 km qalıb. Hazırda yoldayıq, ultramarafon davam etdirlir. Mayın 10-da Tbilisi şəhərində olacağıq, bizi Heydər Əliyev Parkında qarşılayacaqlar”. 

R.Həsənovun sözlərinə görə, Yadigar Hüseynov 6 aydır ki, bu marafon üçün hazırlaşıb və bunun üçün öz üzərində çox işləyib: “Yadigar Hüseynov istrahətsiz yoluna davam edir. Durmadan qaçır, arada da sürətli yeriyir”. 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ultramarafon 544 km məsafəni əhatə edəcək.  

Ultramarafon Gənclər və İdman Nazirliyi, Regional İctimai İnkişaf Birliyi (RİİB), Azərbaycanın Gürcüstandakı Səfirliyi, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.   

Afaq Mirayiq