Sodanın inanılmaz zərərləri ortaya çıxdı
    • 9-05-2024, 18:32
    • 607

Sodanın inanılmaz zərərləri ortaya çıxdı

Qastroenteroloq Yekaterina Kaşuk çörək sodasının təhlükələri barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə "DoctorPeter" portalı məlumat yayıb.

Mütəxəssisin fikrincə, mədə yanmasını müalicə etmək üçün çörək sodası istifadə edilməməlidir, çünki bu, xərçəng riskini artırır.

"Soda mədədəki turşunu qələvi ilə söndürür, lakin bu təsir uzun sürmür. Buna görə də bədən aktiv şəkildə xlorid turşusu istehsal edir ki, bu da ürək yanmasının və şişkinliyin pisləşməsinə səbəb ola bilər".

Qastroenteroloqun sözlərinə görə boğaz ağrısını aradan qaldırmaq üçün çörək sodasından az miqdarda istifadə etmək olar.