Nadal tennis tarixində yeni rekorda imza atdı
    • 10-05-2024, 12:35
    • 211

Nadal tennis tarixində yeni rekorda imza atdı

Rafael Nadal tennis tarixində yeni rekorda imza atıb.

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, o, torpaq kortda 200 qələbə qazanan ilk tennisçi olub.

37 yaşlı Nadal son olaraq Romada keçirilən “Masters” turnirində 2-ci raunda yüksəlib.

“Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi belçikalı Zizu Berqsi yenib (4:6, 6:3, 6:4).