"Qarabağ"ın ulduzu Azərbaycan futbolu tarixində rekorda imza atdı
    • 16-02-2024, 08:31
    • 393

"Qarabağ"ın ulduzu Azərbaycan futbolu tarixində rekorda imza atdı



"Qarabağ" Avropa Liqasının pley-offu üzrə ilk oyunda səfərdə "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib. 

News24.az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Marko Yankoviç, Juninyo fərqlənib, Abdullah Zubir isə dubl edib.

Bu nəticə ilə fransalı həm "Qarabağ", həm də Azərbaycan futbolu tarixində avrokuboklarda ən çox qol vuran futbolçu olub. 

O, Reynaldo Silvanı geridə qoyaraq (11 qol), 13 qolla mütləq rekorda imza atıb. 

Qeyd edək ki, ən çox qol vuran 3-cü futbolçu 9 qolla Kadi Borgesdir.