Prezident İlham Əliyev Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
    • 6-05-2019, 18:02
    • 1 460

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

News24.az-ın xəbərinə görə, sərəncamla Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:

“Şöhrət” ordeni ilə
Ələkbərov Anar Sahib oğlu

“Tərəqqi” medalı ilə

Ağayeva Şəmirə Vahid qızı
Bayramov Azər Novruz oğlu
Əliyeva Gülşən Şəfa qızı
Məmmədov Emin Səlhab oğlu
Məmmədov Soltan Teymur oğlu.