-
- 10-05-2024, 14:43
- 395
Mərkəzi Bank bu rəhbər şəxsi cərimələdi
Azərbaycan Mərkəzi Bank "Atəşgah Həyat" sığorta şirkətinin rəhbər şəxsini cərimə edib.
AMB-dən News24.az-a verilən məlumata görə, sığrota şirkətinin rəhbər şəxsi “Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və Azərbaycan Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə” İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq cərimə edilib.