-
- 12-05-2019, 12:56
- 932
Dövlət İmtahan Mərkəzi hesabat verdi
“2018-ci il üçün Beynәlxalq Maliyyә Hesabatı Standartlarına Uyğun Konsolidә edilmiş İlkin Maliyyә Hesabatları vә Müstәqil Auditorun Xüsusi Mәqsәdli Hesabatı” “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daxili audit – təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin 7.4-cü bəndinə əsasən qurum öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 8.2-ci maddəsinə əsasən Mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Həmin Nizamnamənin 7.2-ci bəndinə əsasən Mərkəz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsoidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edir.
Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 2018-ci il ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı müvafiq tədbirlər görmüşdür.
Mərkəzin 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinə dair hesabatla buradan tanış ola bilərsiniz.