Əməliyyatlar başladı - Hədəf bu ərazilərdir
    • 11-05-2024, 16:22
    • 291

Əməliyyatlar başladı - Hədəf bu ərazilərdir

Rus qoşunları Xarkov vilayətinin şimalında Rusiya-Ukrayna sərhədi boyunca hücum əməliyyatına başlayıb və mühüm taktiki uğurlar əldə ediblər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

"Rus ordusu Xarkov vilayətinin şimalında strateji effekt əldə etməyə, qoşunların və texnikanın Ukraynanın şərqindəki cəbhənin digər kritik sektorlarından yayındırılmasına yönəlmiş hücum əməliyyatının ilkin mərhələsini keçirirlər. Rusiya qüvvələri hazırda bölgədə iki məhdud əməliyyata başlayıb. Xarkovdan şimalda Liptsı istiqaməti, digəri isə Xarkovdan şimal-şərqdə Volçansk yaxınlığında rus ordusunun hücumları davam edir", - məlumatda bildirilir.