Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini ələ keçirdi
    • 27-05-2022, 00:20
    • 389

Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini ələ keçirdi

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Mednaya Ruda yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

News24.az APA-ya istinadən xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bu ərazi Baxmut rayonundan təxminən 13 kilometr cənub-şərqdə yerləşir.

Bildirilir ki, gün ərzində rus qoşunları Pokrovski və Klinovoe istiqamətində müəyyən uğurlar əldə edə biliblər.